hosgeldin.jpg
əl-Fatihə Surəsi
əl-Bəqərə Surəsi
Ali İmran Surəsi
ən-Nisa Surəsi
əl-Maidə Surəsi
əl-Ənam Surəsi
əl-Əraf Surəsi
əl-Ənfal Surəsi
ət-Tovbə Surəsi
Yunis Surəsi
Hud Surəsi
Yusif Surəsi
ər-Rəd Surəsi
İbrahim Surəsi
ər-Hicr Surəsi
ən-Nəhl Surəsi
əl-İsra Surəsi
ər-Kəhf Surəsi
Məryəm Surəsi
Taha Surəsi
əl-Ənbiya Surəsi
əl-Həcc Surəsi
əl-Muminun Surəsi
ən-Nur Surəsi
əl-Furqan Surəsi
əş-Şüəra Surəsi
ən-Nəml Surəsi
əl-Qəsəs Surəsi
əl-Ənkəbut Surəsi
ər-Rum Surəsi
Loğman Surəsi
əs-Səcdə Surəsi
əl-Əhzab Surəsi
Səba Surəsi
Fatir Surəsi
Yasin Surəsi
əs-Saffat Surəsi
Sad Surəsi
əz-Zumər Surəsi
əl-Mumin Surəsi
Fussilət Surəsi
əş-Şura Surəsi
əz-Zuxruf Surəsi
əd-Duxan Surəsi
əl-Casiyə Surəsi
əl-Əhqaf Surəsi
Muhəmməd Surəsi
əl-Fəth Surəsi
əl-Hucurat Surəsi
Qaf Surəsi
əz-Zariyat Surəsi
ət-Tur Surəsi
ən-Nəcm Surəsi
əl-Qəmər Surəsi
ər-Rəhman Surəsi
əl-Vaqiə Surəsi
əl-Hədid Surəsi

quran.jpg

audio.gif      Quran-Oku.jpg

Kurdî/كوردی   Türkçe   العربية   English   Français   Deutsch   中文   日本語   Italiano  

Azərbaycan   한국어   Bosanski   Português   Shqip   Polski   Melayu   Indonesia   Русский  

dikentel.gif

əl-Qiyamə (Qiyamət) surəsi(Məkkədə nazil olmuşdur, 40 ayədir)

Bismillahir–rəhmanir-rəhim!


1.And içirəm qiyamət gününə;


2.And içirəm (günah etdiyi üçün, yaxud yaxşı əməli azdır deyə) özünü qınayan nəfsə! (Siz öləndən sonra mütləq diriləcəksiniz!)


3.Məgər insan elə güman edir ki, (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?!


4.Bəli, Biz onun barmaqlarını da (barmaq sümüklərini də, barmaqlarının uclarını da) düzəltməyə qadirik!


5.Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər.


6.Və (istehza ilə): “Qiyamət günü nə vaxt olacaqdır?” – deyə soruşar.


7.Göz (heyrətdən) bərələcəyi;


8.Ay tutulacağı;


9.Günəşlə ay birləşəcəyi (hər ikisinin qərbdən çıxacağı, nurunun gedəcəyi) zaman -


10.Məhz o gün insan: “Qaçıb can qurtarmağa yer haradadır?” – deyəcəkdir.


11.Xeyr, (o gün) heç bir sığınacaq olmayacaqdır!


12.O gün (ey insan!) duracaq (pənah aparılacaq) yer ancaq Rəbbinin hüzurudur!


13.O gün insana öncə etdiyi və sonraya qoyduğu nə varsa (sağlığında dünyada gördüyü işlər və öləndən sonra qoyub getdiyi yaxşı, pis nə varsa, hamısı) xəbər veriləcəkdir!


14.Doğrusu, insan özü-özünə şahiddir!


15.O, hər cür üzrxahlıq etsə də, (qəbul olunmaz)!


16.(Ya Peyğəmbər! Cəbrail sənə Quran oxuduğu zaman) onu tələm-tələsik əzbərləmək üçün dilini tərpətmə! (Sən də onunla birlikdə Quranı təkrar etmə, yalnız dinlə!)


17.Çünki onu (sənin qəlbində) cəm etmək, (dilində) oxutmaq Bizə aiddir.


18.Biz onu (Cəbrailin dili ilə) oxutduğumuz zaman oxunmasını diqqətlə dinlə.


19.Sonra onu (sənə) bəyan etmək də Bizə aiddir!


20.Xeyr, xeyr! Siz tez keçib gedəni (fani dünyanı) sevirsiniz.


21.Axirəti isə tərk edirsiniz.


22.O gün neçə-neçə üzlər sevinib güləcək,


23.Öz Rəbbinə baxacaqdır!


24.O gün neçə-neçə üzlər tutulub qaralacaq,


25.(Sahiblərinin) bel sümüklərinin (dəhşətli bir əzabla) qırılacağını anlayacaqdır!


26.Xeyr, (can) boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi,


27.“(Onu bu bəladan) kim xilas edə bilər?” – deyiləcəyi,


28.(Can üstə olan kimsə) ayrılıq dəminin gəlib çatdığını anlayacağı,


29.Və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman,


30.Aparılacağı yer Rəbbinin hüzuru olacaqdır (ey insan)!


31.Beləliklə, o (kafir Əbu Cəhl) nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı.


32.Amma (Allah kəlamını) yalan saydı, (ondan) üz döndərdi.


33.Sonra da özünü darta-darta ailəsinin yanına getdi.


34.Vay sənin halına, vay!


35.Yenə də vay sənin halına, vay!


36.Məgər insan elə güman edir ki, o, başlı-başına (cəzasız) buraxılacaq?!


37.Məgər o tökülən bir qətrə nütfə deyildimi?!


38.Sonra laxtalanmış qan oldu və (Allah) onu yaradıb surət verdi (insan şəklinə saldı).


39.Sonra da ondan biri kişi, biri qadın olmaqla iki cift (həmtay) yaratdı.

40.Elə isə O Allah ölüləri diriltməyə qadir deyildirmi?!

hosgeldin.jpg
əl-Mücadələ Surəsi
əl-Həşr Surəsi
əl-Mumtəhinə Surəsi
əs-Saff Surəsi
əl-Cumuə Surəsi
əl-Munafiqun Surəsi
ət-Təğabun Surəsi
ət-Talaq Surəsi
ət-Təhrim Surəsi
əl-Mulk Surəsi
əl-Qələm-Nun Surəsi
əl-Haqqə Surəsi
əl-Məaric Surəsi
Nuh Surəsi
əl-Cin Surəsi
əl-Muzzəmmil Surəsi
əl-Muddəssir Surəsi
əl-Qiyamə Surəsi
əl-İnsan Surəsi
əl-Mursəlat Surəsi
ən-Nəbə Surəsi
ən-Naziat Surəsi
Əbəsə Surəsi
ət-Təkvir Surəsi
əl-İnfitar Surəsi
əl-Mutəffifin Surəsi
əl-İnşiqaq Surəsi
əl-Buruc Surəsi
ət-Tariq Surəsi
əl-Əla Surəsi
əl-Ğaşiyə Surəsi
əl-Fəcr Surəsi
əl-Bələd Surəsi
əş-Şəms Surəsi
əl-Leyl Surəsi
əz-Zuha Surəsi
əl-İnşirah Surəsi
ət-Tin Surəsi
əl-Ələq Surəsi
əl-Qədr Surəsi
əl-Bəyyinə Surəsi
əz-Zilzal Surəsi
əl-Adiyat Surəsi
əz-Qariə Surəsi
ət-Təkasur Surəsi
əl-Əsr Surəsi
əl-Huməzə Surəsi
əl-Fil Surəsi
əl-Qüreyş Surəsi
əl-Maun Surəsi
əl-Kovsər Surəsi
əl-Kafirun Surəsi
ən-Nəsr Surəsi
Əbu-Ləhəb Surəsi
əl-İxlas Surəsi
əl-Fələq Surəsi
ən-Nas Surəsi

Səsli Qur'an >Yüklə<            www.Rojakurdi.com Webmail: info@Rojakurdi.com